“Əvəllər Müəllimlərin Təkmilləşdirmə İnstitutu mövcud idi. Müəllimlər bu kurslar vasitəsi ilə təkmilləşdirərək inkişaf edə bilirdilər. Müəllimlər təkmilləşdirmə kurslarından keçərək tədris prosesində iştirak edirdilər. Həmin şəxslərə yeniliklər öyrədilir və onları təhsil həyatına hazırlayırdılar. Həmin kursların fəaliyyəti yenidən bərpa edilməlidir. Buna ciddi ehtiyac var”.
Bunu 525.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib. O bildirib ki, əvəllər müəllimlər daha savadlı idi. Öz üzərlərində çalışır, işləyirdilər:
“Bu gün orta məktəblərdə dərs deyən 2 min müəllimin sadə suala cavab tapa bilməməsi cox ciddi məsələdir. Bunu üzərində ciddi şəkildə dayanılmalıdır. Savadlı müəllim bilikli şagird yetişdirər. Savadı olmayan müəllim isə şagirdi şikəst edər”.
Sevinc Qarayeva