“İşğal dövründə Ermənistan tərəfindən xalqımıza məxsus bütün tarixi və dini abidələrin məhvi, talan edilməsi, vandalizmə, barbarlığa məruz qalması ilə bağlı acı gerçəklik var”.
Bunu millət vəkili Ceyhun Məmmədov deyib. Millət vəkili qeyd edib ki, Azərbaycan ərazilərində mövcud olan 67 məscid tamamilə dağıdılıb, yalnız iki məscid nisbətən salamat vəziyyətdə qalıb. Erməni barbarlığı tək müsəlman abidələrinə qarşı törədilməyib. Eyni zamanda həmin ərazilərdə mövcud olan alban-xristian abidələri də erməni barbarlığına məruz qalıb:
“Oradakı bütün alban kilsələri ermənilər tərəfindən özününküləşdirilməyə cəhd edilib. Buna nail olmadıqda isə dağıdıb viran qoyublar. Qarabağda mövcud olan yeganə provaslav kilsəsi də ermənilər tərəfindən tamamilə dağıdılıb, viran edilib”.
Sevinc Qarayeva