Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi və şagirdlərin nümunəvi məktəbdaxili nizam-intizam qaydaları haqda sənəd layihəsi hazırlanıb.
525.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
O qeyd edib ki, bu, nümunəvi qaydalardır və çərçivə xarakteri daşıyır.
Elnur Əliyev əlavə edib ki, Məktəblərdə İntizam Şurası yaradılacaq.
Onun sözlərinə görə, şuranın yaradılması və tərkibində valideynlərin təmsil olunması məcburi olacaq.
Sevinc Qarayeva