“Davranış qaydasının pozulması ilə bağlı şagirdə sarı, narıncı və qırmızı məktub verilir. Bu məktub həm şagirdin valideynlərinə göndərilir, həm də məktəbdəki şəxsi işinə əlavə edilir. Davranış pozuntuları ilə bağlı şagirdə verilən kartlar və pozuntular onun yaşadığı evə göndəriləcək”.
525.az- xəbər verir ki, bunu Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
O bildirib ki, davamlı olaraq qırmızı məktubun verilməsi o deməkdir ki, artıq bu şagirdlə bu səviyyədə çalışmaq faydasızdır. Bu halda yerli icra hakimiyyəti orqanlarında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalara müraciət edilə bilər. Eyni zamanda polis idarələrində yetkinlik yaşına çatmayanlarla bağlı işlərə cəlb olunan inspektorlar, müfəttişlər də prosesə cəlb oluna bilər.
Sevinc Qarayeva