|
|
|
|

Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə başlayan enerji böhranı Avropaya dərindən təsir etməkdə davam edir.
525.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna müharibəsi və Rusiyanın təbii qazdan silah kimi istifadə etməsi səbəbindən Avropa son dövrün ən sərt qışına hazırlaşır.
Avropanın Rusiya qazına alternativ axtarışları davam etdiyi bir vaxtda Çindən gələn xəbərlər şok effekti yaradıb.
İddialara görə, Pekin administrasiyası dövlətə məxsus enerji idxalçı şirkətlərinə enerji çatışmazlığı olan Avropa ölkələrinə təbii qaz tədarükünü dayandırmağı əmr edib.
Çin Kommunist Partiyasının Milli İnkişaf və İslahat Komissiyası dövlət enerji nəhəngləri CNOOC, PetroChina və Sinopec-ə mayeləşdirilmiş təbii qazın nəqlini dayandırmağı bildirib.
Sevil Seymur



