“Məktəblərdə davranış qaydalarını tənzimləyən normaların olması olduqca vacib idi”.
525.az xəbər verir ki, bunu Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib. O qeyd edib ki, yeni tətbiq olunan qaydalar mütləq şəkildə məktəb mühitinin sağlamlaşmasına xidmət göstərəcək:
“Məktəb subyektləri valideynlər, şagirdlər, müəlllimlərlə bağlı ümumi normaların qəbul olunması olduqca mühümdür. Müxtəlif ölkələrin təcrübəsinə nəzər saldıqda , bizimdə də buna ehtiyac yarandığını görürük. Son zamanlar məktəblərdə baş verən xoşagəlməz hallar da bu normaların qəbuluna şərait yaratdı. Buna müxtəlif yanlış yanaşmalar var. Anlamalıyıq ki, burda söhbət insanların hüquq və azadlıqlarının məhdudlaşdırılmasından getmir. Əksinə məktəblərin idarə olunmasında valideynlərin rolunun artırılması, məktəb mühitinin demokratikləşdirilməsi, eyni zamanda, məktəbin yazılmamış qaydalarının çərçivəyə salınması məsələlərinə yer ayrılır".
Sevinc Qarayeva