Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə “Prosol” şirkəti tərəfindən tələbələrə “Yüz ölç, bir kliklə-virtual təhdidlərə qarşı” mövzusunda təlim keçirilib.
UNEC-dən 525.az-a verilən xəbərə əsasən, “Prosol” şirkətinin insan resursları departamentinin rəhbəri Vəfa Şahgəldiyevanın keçirdiyi təlimdə tələbələrə texnoloji inkişafın virtual təhlükəsizliyə yaratdığı təhdidlər və onlarla mübarizə üsulları barədə məlumat verilib.
Sonda suallar cavablandırılıb.
Sevinc Qarayeva