|
|
|
|

“ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsinin mütəmadi artırmaq ilə bağlı qərarları qızıl bazarını da “vurub”. Son 6 ayda dünya bazarında 17.0 faiz dəyər itirərən qızılın hər qramının qiyməti 63 dollardan 52 dollaradək ucuzlaşıb”.
Bunu 525.az-a millət vəkili Vüqar Bayramov deyib. Millət vəkili qeyd edib ki, bir aylıq və eləcə də illik yekunlar da neqativdir: son 1 ildə 9.0 faiz dəyər itirən qiymətli metal son 1 ayda 2.3 faiz ucuzlaşıb.
Onun dediyinə görə, qızılın ucuzlaşması dünya bazarında dolların möhkəmlənməsi fonunda investorların öz pullarını daha çox valyuta bazarına yönəltməsi ilə bağlıdır. Eyni zamanda, sözügedən qiymətli metak uzun müddət artım tendensiyasını da qoruyub saxlaya bilməzdi. Digər strateji birjalarda, o cümlədən neft bazarında da volatilliyin yüksək olması da valyutalara tələbi artırıb:
“2022-ci ilin geridə qalan aylarında dollar səbət valyutalara nisbətən 14.0 faiz bahalaşıb. Bu isə ondan xəbər verir ki, əgər qızıl yığımları dəyər itiribsə, əksinə dollara sərmayə investorlara gəlir gətirib. 3.25 faizlik FED uçot dərəcəsi isə təbii ki xarici investorlar üçün əlavə qazancdır”.
V.Bayramov vurğulayıb ki, Azərbaycanda da yığımlarda qızıldan istifadə olunur. Son qlobal və regional dəyişikliklər göstərir ki, daha çevik yığım alətlərindən istifadə vacibdir. Bu indiki halda yığımlarda gəlirliyi qorumağın yeganə yoludur.
Sevinc Qarayeva



