ABŞ dövlət katibi Blinken Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsü sazişindən çıxmasından təəssüfləndiyini bildirib və Moskvanı bu təşəbbüsün fəaliyyətini davam etdirməyə çağırıb.
525.az xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken: "Birləşmiş Ştatlar Rusiyanın BMT-nin vasitəçiliyi ilə Qara Dəniz Taxıl Təşəbbüsü əməliyyatlarında iştirakını dayandırmasından təəssüflənir. Biz bütün tərəfləri bu həyati əhəmiyyət kəsb edən, həyatı xilas edən təşəbbüsün fəaliyyətini davam etdirməyə çağırırıq. Qara Dəniz Taxıl təşəbbüsü artıq 9 milyon metrik tondan çox ərzaq daşıyıb, aşağı və orta gəlirli ölkələr üçün qiymətləri kritik dərəcədə aşağı salıb. Uğurlu oldu və davam etməlidir", - deyib.
Rusiyanın bu kritik taxıl ixracını pozmağa yönəlmiş hərəkətinin bütün dünyada insanların və ailələrin daha çox aclıqdan ölməsinə səbəb olacağına işarə edən Blinken: "Bu tənzimləməni dayandıran Rusiya yenidən müharibəsində ərzaqdan silah kimi istifadə edir ki, bu da aşağı və orta gəlirli ölkələrə, qlobal ərzaq qiymətlərinə birbaşa təsir edir, onsuz da dəhşətli olan humanitar böhranları və ərzaq təhlükəsizliyini gücləndirir", - deyə bildirib. Blinken bir daha vurğulayıb ki, onlar Kreml administrasiyasını təşəbbüsdə iştirakını davam etdirməyə, nizamnaməyə tam əməl etməyə çağırıblar.
Məhəmməd Tağıyev