İranın dəstəklədiyi Husilərin Yəmənin Taiz şəhərinə hücumu nəticəsində eyni ailədən 3 uşaq yaralanıb.
525.az xəbər verir ki, Yəmənin rəsmi agentliyi SABA-da yer alan xəbərə görə, Husilər ölkənin cənubundakı Taiz şəhərinin köhnə hava limanı ərazisinə artilleriya hücumu həyata keçirib. Hücum zamanı eyni ailədən olan 8, 9 və 10 yaşlı üç uşaq yaralanıb. Xəsarət alan uşaqların müalicə üçün xəstəxanaya aparıldığı, səhhətləri ilə bağlı ətraflı məlumat verilmədiyi bildirilib.
Husilərdən isə məsələ ilə bağlı heç bir açıqlama verilməyib.
Yəməndə İranın dəstəklədiyi Husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və bəzi bölgələrə nəzarət edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından Husilərə qarşı Yəmən hökumətinə dəstək verir.
Məhəmməd Tağıyev