Avstraliya Yayım Korporasiyası ABŞ-ın Avstraliyadakı aviabazada nüvə qabiliyyətinə malik "B-52" bombardmançı təyyarələrini yerləşdirməyə hazırlaşdığını açıqlayıb.
525.az xəbər verir ki, Avstraliya Yayım Korporasiyasının (ABC) saytında yer alan xəbərə görə, mütəxəssislər Vaşinqtonun "B-52" yerləşdirmə planının Çini hədəf aldığını bildiriblər. Plana əsasən, ABŞ Darvin şəhərinin cənubundakı Tindal aviabazasında nəhəng təyyarələr üçün obyekt tikməyi planlaşdırır. Altıya qədər "B-52"nin dayana biləcəyi "donanma əməliyyatları obyekti" üçün ətraflı planlar hazırlanıb. Yeni Amerika Təhlükəsizliyi Mərkəzindən Bekka Vasser: "Bu təyyarələrin Avstraliyanın şimalına yerləşdirilməsi Çinə Tayvana hücuma hazırlıqla bağlı xəbərdarlıqdır", - deyib.
Qeyd edək ki, "B-52"lər 60 ildən artıqdır ki, ABŞ Hərbi Hava Qüvvələrinin əsasını təşkil edir.
Məhəmməd Tağıyev