Yoxsulluqdan Braziliyanın prezidentliyinə qədər yüksələn Luiz İnasio Lula da Silva 77 yaşında Latın Amerikasının ən böyük iqtisadiyyatının lideri olub.
525.az xəbər verir ki, Lula cəmi 18 ay əvvəl mübahisəli korrupsiya qalmaqalı ilə həbs edilmişdi. O, üçüncü müddətə qalib gəlmək üçün onunla mübarizə aparan ifrat sağçı Jair Bolsonaronu cüzi səs faizi ilə keçə bilib. İşçi Partiyasına qarşı reaksiya Bolsonaronu 2018-ci ildə vəzifəyə gəlməsinə səbəb olmuşdu. Lakin braziliyalılar onun istehzalı bəyanatları və qütbləşdirici siyasəti səbəbindən bir müddətdir narazı qalmışdılar.
İqlim dəyişikliyini inkar edən, Amazon meşələrinin məhvinə göz yuman, peyvəndlənməyə qarşı çıxdığına görə Braziliyanı Covid-19-un ən çox vurduğu ölkələrdən birinə çevirən Bolsonaro irqçi, cinsiyyətçi və homofob baxışları ilə tez bir zamanda populyarlığını itirib. Lula isə seçki kampaniyası zamanı ölkəni gəzərək gənc seçiciləri cəlb etməyə çalışıb.
Nəticə bəlli olduqdan sonra San-Pauluda jurnalistlərin suallarını cavablandıran Lula ölkəni qütbləşdirən seçki prosesindən sonra Braziliyanı birləşdirəcəyinə söz verib. 77 yaşlı Lula: "Biz sülh, sevgi və ümid dövründə yaşayacağıq" - deyə qeyd edib.
Fərid Sançar