Partlayış səsləri Ukraynanın Kiyev, Zaporojya, Kirovoqrad, Xarkov və Odessa vilayətlərində eşidilib.
525.az xəbər verir ki, Ukrayna Daxili İşlər Nazirliyi Rusiyanın 40 qanadlı raket atdığını bildirib. Bu gün Kiyevdə silsilə partlayış səsləri eşidilib.
Təxminən 10 partlayışdan sonra Kiyevdən yüksələn tüstünün göründüyü paylaşılıb. Kiyevdən başqa Zaporojya, Kirovoqrad, Xarkov və Odessa vilayətlərində də partlayış səsləri eşidilib.
Xarkov meri İhor Terekhov şəhərin kritik infrastrukturunun 2 raketlə hədəf alındığını açıqlayıb. Kerç körpüsündə baş verən partlayışda Kiyevi günahlandıran Rusiya Ukraynaya hücumlarını artırıb.
Malik Atilay