İngiltərənin cənub-şərqindəki Dover şəhərində yeni immiqrasiya sərhəd qüvvələrinin qərargahına molotof kokteyli atan şəxs daha sonra intihar edib.
525.az xəbər verir ki, İngilis mətbuatında yer alan xəbərə görə, hadisə şahidləri Dover şəhərində yeni immiqrasiya mərkəzinə bir nəfərin molotov kokteyli atdığını, hadisədən sonra sözügedən şəxsin intihar etdiyini bildirib.
Rayona ezam olunmuş Yanğından Mühafizə və Xilasetmə Xidmətinin əməkdaşlarının müdaxiləsi ilə molotov kokteylinin səbəb olduğu yanğın söndürülüb. Qısa müddətdə hadisə yerinə gələn polis qrupları ərazidə təhlükəsizlik dairəsi yaradıb. Daxili İşlər Nazirliyinin sözçüsü hadisədən sonra əraziyə polis qruplarının göndərildiyini bildirsə də, hadisə ilə bağlı əlavə məlumat verməyib.
Malik Atilay