Ukrayna Prezidenti Vladimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
525.az xəbər verir ki, Prezident Zelenski "Twitter"də bildirib.
Son dərəcə əhəmiyyətli və məhsuldar söhbət olduğunu deyən Zelenski fransalı həmkarı ilə Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı konkret qərarları və ölkənin dağılmış enerji infrastrukturunun bərpası üçün konkret təşəbbüsləri müzakirə etdiyini deyib.
"Dostum, sarsılmaz dəstəyinizə görə təşəkkür edirəm", - Zelenski qeyd edib.