Niderland Dövlət Dəmir Yolları (NS), şirkətdə davam edən kadr çatışmazlığı səbəbindən qatar xidmətlərinin azalacağını açıqlayıb.
525.az xəbər verir ki, NS-nin verdiyi yazılı açıqlamada, 7 noyabr tarixindən etibarən qatar xidmətlərinin planlaşdırılmasında dəyişiklik ediləcəyi bildirilib.
Açıqlamada, davam edən kadr çatışmazlığı səbəbindən qatar xidmətlərinin azalacağı bildirilib. Kadr çatışmazlığının gözləniləndən çox olması halında qatar xidmətlərinin son anda ləğv edilməsinin mümkün ola biləcəyi deyilib və sərnişinlərin yola düşmədən qısa müddət əvvəl səyahətlərini planlaşdırmaları tövsiyə edilib.
Qatar xidmətlərinin planlaşdırılmasında əvvəlki dəyişikliklərə görə son vaxtlar qatarların hər zamankindən daha sıx olduğuna diqqət çəkilərək, sərnişinlərin xüsusilə həftə sonları və axşam saatlarında daha tez-tez köçürmələrlə qarşılaşacağı qeyd edilib. Açıqlamada qatar xidmətlərinin azaldılması qərarının şirkətin seçimi olmaması və başqa variantın olmadığı bildirilib.
Malik Atilay