Avstraliya ordunun kommunikasiya platformasının sındırılmasından sonra şəxsi heyətlə bağlı məlumatların oğurlana biləcəyindən narahatdır.
525.az xəbər verir ki, ABC News-un məlumatına görə, Avstraliya Müdafiə Qüvvələri “ForceNet” kiberhücumunda doğum tarixi və əsgərlik tarixi kimi şəxsi məlumatların oğurlanması ehtimalından narahat olduğunu bildirib.
"Düşünürəm ki, avstraliyalılar və Avstraliya hökuməti insanların şəxsi məlumatlarına zərərli şəkildə daxil olmağa çalışan bu cür kiber fəaliyyətdən olduqca narahatdırlar", - veteranlar və müdafiə personalı naziri Matt Keogh, bəzi firmalara son kiberhücumlara işarə edərək bildirib.
Keogh bildirib ki, “ForceNet” platformasında təxminən 40 000 personal məlumatı qeydə alınıb.
Avstraliyanın ən böyük özəl sağlamlıq sığortası təminatçılarından biri olan Medibank, son günlərdə kiberhücuma məruz qaldığını və hakerlərin 4 milyon insanın məlumatlarını oğurladığını bildirib.
Ölkənin ikinci böyük rabitə şirkəti olan Optus, sentyabr ayında kiberhücum nəticəsində bəzi müştərilərinin məlumatlarının oğurlandığını açıqlayıb.
Malik Atilay