"Twitter"i alan İlon Mask mavi işarə üçün ayda 8 dollar alınacağını açıqlayıb.
525.az xəbər verir ki, "Twitter" hesabından açıqlama verən Mask, "Blue Tick" (Mavi işarə) üçün ayda 8 dollar alacağını bildirib. Mask sözügedən qiymətin ölkələrin alıcılıq qabiliyyətinə görə tənzimlənəcəyini açıqlayıb. Mask bildirib ki, aylıq 8 dollar ödəməklə cavab vermək, axtarışı qeyd etmək və prioritetləşdirmək, daha uzun video və ya audio faylları paylaşmaq imkanı da olacaq. Mask "Twitter"i alan kimi şirkətin baş direktoru da daxil olmaqla 4 top-meneceri şirkətdən uzaqlaşdırmış və açıqlamaları ilə "Twitter"ə çoxlu dəyişikliklər gətirəcəyinə işarə etmişdi.
Qeyd edək ki, hazırda "Twitter"də 4,99 dollar dəyərində olan "Twitter Blue" adlı aylıq abunə sistemi var və yalnız ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyada mövcuddur. Abunəlik "yerləşdirilən tvitləri redaktə etmək" və "reklamsız Twitter" kimi funksiyaları ehtiva edir.
Məhəmməd Tağıyev