Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) nəşr olunan elmi jurnalların mövcud vəziyyətini müzakirə etmək məqsədilə rektor professor Ədalət Muradov müvafiq struktur rəhbərləri ilə görüşüb.
UNEC-dən 525.az-a verilən məlumata görə, görüşdə rektor universitetin strateji hədəflərindən söz açıb. Bildirib ki, 2030-cu ilədək “Web of Science” və “Scopus” bazalarında UNEC-in 3 elmi jurnalının indekslənməsi əsas hədəflər sırasındadır. Bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir.
Sonra elm üzrə prorektor professor Sakit Yaqubov UNEC-də nəşr olunan jurnalların mövcud vəziyyəti barədə təqdimatla çıxış edib, hədəflər, problemlər və görülən işlər haqqında məlumat verib.
Təqdimatdan sonra təkliflər səsləndirilib.
Sevinc Qarayeva