Məşhur kanadalı yazıçı Robin Şarma Bakıya gəlir
525.az xəbər verir ki, Robin Şarma 13 dekabrda keçiriləcək İnnovasiya Sammiti çərçivəsində spiker kimi iştirak edəcək. Sammitin regionda keçirilən ən böyük innovasiya tədbirlərindən biri olacağı gözlənilir. Enerji, telekom və fintech sahəsini əhatə edən vertikal panellərdə çıxışlar planlanır.
Sammitdə startapların çıxışı üçün xüsusi panel, "workshop"lar və İnnovasiya və Rəqəmsal İnkişaf agentliyinin "IDDA Awards" mükafatlandırma tədbiri də keçiriləcək.
Qeyd edək ki, iştirak üçün biletlərin 150 ABŞ dollarına satıldığı İnnovasiya Sammitində nominantlar arasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Technote Media Şirkətinin təsisçisi və rəhbəri, texno-bloqqer Fərid Pərdəşünas də var.