|
|
|
|
“Hər zaman olduğu kimi, bu ilin dövlət büdcəsində ən çox vəsait ayrılan sahələrdən biri də təhsildir”.
Bunu 525.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. Millət vəkilinin vurğulayıb ki,
növbəti il üzrə təhsil xərcləri üçün 4423 milyon manat vəsait proqnozlaşdırılıb. Bu, 2022-ci illə müqayisədə 13,8 faiz, 2021-ci illə müqayisədə 43 faiz çoxdur:
“Söhbət burada iki il ərzində təhsilə ayrılan vəsaitin təxminən 50 faizə yaxın artırılmasından gedir. Bu ölkənin təhsilə verdiyi önəmin və diqqətin növbəti parlaq təzahürüdür. Eyni zamanda 2023-cu ilin dövlət büdcəsindən elmin maliyələşdirilməsinə 228 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Burada təhsilə ayrılan vəsaitlə elmə ayrılan vəsait arasında böyük fərq açıq görsənir”.
Sevinc Qarayeva