|
|
|
|
Çin kosmosa uzaqdan zondlama ilə "Yaogan" sinifli hərbi kəşfiyyat peykləri göndərib.
525.az xəbər verir ki, Sıçuan əyalətindəki Xichang Peyk Mərkəzindən "Long March 2D" raketi ilə üç "Yaogan-36" tipli peyk kosmosa buraxılıb. Peyklər buraxıldıqdan sonra planlaşdırılmış orbital mövqeyə eniblər. Buraxılış "Long March" raketləri ilə 455-ci uğurlu nəqliyyat missiyası olub.
Qeyd edək ki, "Yaogan-36" peyklərinin birinci partiyası sentyabrın 26-da, ikinci partiyası oktyabrın 14-də, üçüncü partiyası isə noyabrın 27-də buraxılmışdı.
Məhəmməd Tağıyev