Rusiya və Ukraynanı bir araya gətirmək üçün səylərimiz davam edir.
525.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, Türkiyə tərəflərin dərhal müzakirə yolu ilə məsələləri həll etməsi üçün cəhdlər edir.
İbrahim Kalının sözlərinə görə, Türkiyənin vasitəçiliyi ilə əsir və yaralıların mübadiləsi gündəmdədir.