Fransa mərkəzi Kahramanmaraş olan zəlzələlərdən sonra Türkiyədə çoxməqsədli səhra xəstəxanası quracağını açıqlayıb.
525.az xəbər verir ki, daxili işlər naziri Gerald Darmanin "Twitter" hesabından verdiyi açıqlamada Fransanın Türkiyədəki zəlzələlər səbəbilə göndərdiyi 136 nəfərlik xilasetmə qruplarına əlavə olaraq prezident Emmanuel Makronun tələbi ilə təhlükəsiz səhra xəstəxanası qurmağı öhdəsinə götürdüyü bildirib.
Xəstəxanada yanğınsöndürənlər də daxil olmaqla hərbi mülki müdafiə təliminə cavabdeh olan 81 personalın çalışacağını bildirən Darmanin, bu öhdəliyin Avropa həmrəyliyi çərçivəsində alındığını vurğulayıb. O, xəstəxananın zəlzələdən zərər çəkənlərin ehtiyacları istiqamətində tikiləcəyinə diqqət çəkib.
Qeyd edək ki, Makron zəlzələlərə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.
Məhəmməd Tağıyev