|
|
|
|
Yevlax rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
525.az "Report"a istinadən xəbər verir ki, hadisə Yevlax rayon ərazisində, Xaldan-Mingəçevir yolunda qeydə alınıb.
Qadın sürücünün idarəetməni itirərək avtomobili aşırması nəticəsində iki nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya aparılıblar, vəziyyətləri ağır kimi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.