|
|
|
|
Bakı Olimpiya Stadionu "Qarabağ"la "Qalatasaray" arasında keçiriləcək xeyriyyə matçına ev saibliyi etməyə hazırdır.
525.az xəbər verir ki, bu haqda Ağdam təmsilçisi məlumat yayıb. "Qarabağ" stadionun son durumunun fotolarını paylaşaraq yazıb: "Bakı Olimpiya Stadionu qardaşlıq oyununa hazırdır".
Qeyd edək ki, martın 26-da keçiriləcək görüş saat 20:00-da başlayacaq. Oyunun bilet satışından əldə olunan gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə göndəriləcək.