Bu ilin birinci rübündə Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 7,7% artaraq 7756.2 mln. kVt-saat təşkil edib, ixrac 1 238,9 mln. kVt-saat, idxal isə 31,3 mln. kVt-saat səviyyəsində olub.
525/az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov tviter hesabında paylaşım edib.
“I rübdə operativ məlumatlara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 7,7% artaraq 7756,2 mln. kVt-saat, ixrac 1238,9 mln. kVt-saat, idxal isə 31,3 mln. kVt-saat olub”, - paylaşımda qeyd olunur.
Məlumata görə, yanvar-mart aylarında istilik elektrik stansiyaları üzrə 7387,4 mln. kVt-saat, su da daxil olmaqla bərpa olunan mənbələrdən 368,8 mln kVt-saat elektrikenerjisi istehsal edilib.