|
|
|
|

Rusiyanın Ermənistandakı hərbi bazasının motoatıcı hissələri Alagöz təlim-məşq kompleksində taktiki təlimlərə başlayıb.
“Media forum” saytının məlumatına görə, snayperlərin, kəşfiyyatçıların, artilleriyanın, tankların cəlb olunduğu təlimlərdə gerçək mərmilərdən istifadə olunur.
800 hərbi qulluqçunun, 150 hərbi texnikanın iştirakı ilə keçirilən təlimlər düşmənin hücumunu dəf etmək ssenarisi üzrə qurulub.
Ermənistanın Gümrü şəhərindəki Rusiya hərbi bazasının dislokasiya müddəti 2046-cı ildə bitməlidir.



