|
|
|
|

ABŞ prezidenti Donald Trampın administrasiyası Hind okeanında yerləşən Mavrikiyə məxsus Çaqos arxipelaqının alınması imkanlarını araşdırır.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyada nəşr olunan "The Daily Telegraph" nəşri xəbər yayıb.
Arxipelaqın ən böyük adası olan Dieqo-Qarsiyada ABŞ hərbi bazası yerləşir. Adanın sakinləri də bütünlüklə ABŞ və Böyük Britaniya hərbçilərindən ibarətdir.
Çaqos arxipelaqı özü Mavrikinin tərkibində Böyük Britaniyanın koloniyası olub. 1968-ci ildə Mavriki müstəqillik qazansa da, Çaqos Londonun nəzarətində qalıb. Buradakı hərbi baza isə icarə əsasında 1966-cı ildən fəaliyyət göstərir. O vaxt adanın sakinləri deportasiya edilib və burada amerikalı hərbçilər məskunlaşıblar.
Yeri gəlmişkən, 2019-cu ildə BMT-nin Beynəlxalq Məhkəməsində arxipelaqın Mavrikiyə qaytarılması barədə qərar qəbul olunsa da, Böyük Britaniya parlamenti sənədin ratifikasiyasını saxlayıb.
L.Tağıyeva



