https://525.az/img/pics/medium/2026-06/393610_iltnxqu1ql.jpg Müdriklik zirvəsində - Yaqut Bahadurqızı yazır
https://525.az/img/pics/medium/2026-06/393604_jr4msxokf5.jpg Özbəkistan səfərim
https://525.az/img/pics/medium/2026-06/393612_f44fjqxmpy.jpg İran İsrailə raket zərbələri endirib
https://525.az/img/pics/medium/2026-06/393573_gow4shv7my.jpg İşıqlı bir ömrün portreti - Şair-jurnalist Tofiq Hüseynin 80 yaşına
search
8 İyun 2026
7 İyun 2026
6 İyun 2026

Modriç oyun sayında Messiyə çatdı

Modriç oyun sayında Messiyə çatdı

Xorvatiya millisinin kapitanı Luka Modriç yığma komandada keçirdiyi oyunların sayına görə Lionel Messi ilə eyni göstəriciyə çatıb.

525.az xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçi Sloveniya ilə yoldaşlıq görüşündə meydana çıxmaqla milli komandada 198-ci matçını keçirib. 

Hazırda milli komandalarda ən çox oyun keçirən futbolçular siyahısında Modriç və Messidən öndə yalnız iki oyunçu yer alır. Bunlar 227 oyunla Kristiano Ronaldo (Portuqaliya) və 202 oyunda iştirak etmiş Bader Al-Mutavadır (Küveyt).

Qeyd edək ki, Luka Modriç karyerasında beşinci dəfə dünya çempionatında iştirak edəcək. Daha əvvəl yayılan xəbərlərə görə, 40 yaşlı yarımmüdafiəçi mundialdan sonra karyerasını başa vurmağı planlaşdırır.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.