https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg Biz rəqs edə bilirikmi? - Əlisəfdər Hüseynov yazır
https://525.az/img/pics/medium/2022-12/250042_rfamas45d2.jpg Hər şey sülh müqaviləsinə doğru - Sosial şəbəkədə yazılanlar
search
26 Aprel 2024

“Bakıdakı mundiala 8,5 və 9 bal vermək olar”

“Bakıdakı mundiala 8,5 və 9 bal vermək olar”

“Bakıdakı dünya çempionatının səviyyəsinə 10 bal üzərindən 8,5 və 9 vermək olar. Bəzi xırda səhvlər oldu, amma ümumilikdə razı qaldım”.

525.az-ın məlumatına görə, bunu Dünya Taekvondo Federasiyasının (WTF) prezidenti Çunqvon Çu qurumun rəsmi saytına açıqlamasında Azərbaycanda təşkil olunan dünya çempionatı ilə bağlı danışarkən deyib.

Federasiya rəhbəri taekvondo hakimlərinin daha çox inkişafı üçün onlara şərait yaradılacağını sözlərinə əlavə edib: “Hesab edirəm ki, hakim səhvləri əvvəlki dünya çempionatları ilə təxminən eyni sayda oldu. Yay Olimpiya Oyunlarından əvvəlki il olduğu üçün məşqçilər də çox həssasdırlar. Qarşıdakı Qran-pri finalından sonra ən yaxşı 26 olimpiada hakimini seçəcəyik. Gələn ilin əvvəlində referilər üçün xüsusi təlim-məşq toplanışı təşkil edəcəyik”.

Qeyd edək ki, 29 may - 4 iyun tarixlərində keçirilən dünya çempionatında Azərbaycan millisi 13 taekvondoçu ilə çıxış edib, medal qazana bilməyib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.