Oğuzda zəncirvari yol qəzası olub, xəsarət alan var.
525.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı – Şəki magistral yolunun Oğuz rayonu Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.
Üç minik avtomobilinin iştirakı ilə baş verən zəncirvari yol qəzasında bir nəfər - Şəki rayon sakini Elvin Şaban oğlu Əliyev xəsarət alıb. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.