Azərbaycan Yazıçılar Birliyinin yeni layihəsi olan aybkitab.az saytının təqdimatı olacaq.
525.az-ın məlumatına görə, bu barədə ayb.az saytına məlumat verən layihənin müəllifi, Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza təqdimatın tarixini də açıqlayıb:
"aybkitab.az saytı sentyabr ayının 10-da, saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçiriləcək. Maraqlananlar dəvətlidirlər."
Qeyd edək ki, AYBkitab layihəsi yeni kitabların nəşri, təqdimatı, online satışı üçün nəzərdə tutulub.