|
|
|
|
Rəşad Məcid – səadətini Tanrı qədər sevdiyi xalqının dəliqanlı oğlu.
Rəşad Məcid – qış gecələrində üşüyə-üşüyə işaran ulduzları xatırladan gözlərində bələkdən çıxmış kədəri böyüdən ata.
Rəşad Məcid – şeirin od qoxulu səltənətində illərdir körük basan, odu qoruyan, ocağı odlandıran Prometey ürəkli şair.
Rəşad Məcid – çörəyini Sözdən çıxaran, Sözə Çörək qədər sayğılı, 30 il sərasər sözün namusunu qoruyan mühərrir.
Rəşad Məcid – Araz üzərindən gül körpüsü hörmək istəyi ilə yaşayan vətənpərvər.
Rəşad Məcid – qumdan qurduğu qalalarını sular aparan nisgilli çocuq.
Rəşad Məcid – göründüyü kimi görünməyən, olduğu kimi görünən dost.
Rəşad Məcidin 50 yaşında, onu tanıdığım üçün, özümü təbrik edirəm!
Rauf Ağayev
Azərbaycan Beynəlxalq Bankı Mətbuat xidmətinin rəhbəri