https://525.az/img/pics/medium/2024-05/312159_zeckt12jl9.jpg “525-ci qəzet”in 2 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg "Azərbaycan COP29 ilə bir daha dünyaya nümunəvi inkişaf modeli təqdim edəcək"
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2023-04/263948_uuvy11xi8l.jpg Nar ağacı çiçəkləyəndə... - Allahverdi Eminov yazır
search
1 May 2024

IV "Raquf Orucov Kuboku" turniri başa çatdı

IV "Raquf Orucov Kuboku" turniri başa çatdı

Əfsanəvi kəşfiyyatçı, 2016-cı il Aprel döyüşlərinin şəhidi, polkovnik-leytenant Raquf Orucovun və torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün hərbçilərimizin xatirəsinə həsr olunmuş, 20 yaşadək cüdoçular arasında (U-20) keçirilən lV “Raquf Orucov Kuboku” beynəlxalq turniri noyabrın 17-də başa çatıb.

525.az xəbər verir ki, Bakı Əl Oyunları İdman Sarayında keçirilən turniri "Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” idman klubu Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının (ACF) dəstəyi ilə təşkil edib.

Turnurdə Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Gürcüstan, Qazaxıstan, Tacikistan və Şəxsi Neytral İdmançıları təmsil edən 48 klubdan 200-ə yaxın cüdoçu mübarizə aparıb.

Turnirin sonuncu günündə idmançılar -60 kq, -73 kq, -90 kq və +100 kq çəki dərəcələrində qüvvələrini sınayıblar.

Gərgin mübarizə şəraitində keçən yarışda -60 kq çəki dərəcəsində birinci yerə Murad Əliyev ("Uğur" İK, Sumqayıt) layiq görülüb. Əli Hacıyev ("Neftçi" Sumqayıt) ikinci, Murad Muradlı ("Judo Club 2012") və Amin İsmayılov (ACF) üçüncü yerə sahib çıxıb.

73 kq çəki dərəcəsində isə "Judo Club 2012"nin yetirməsi Əbil Yusubov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Tacikistanı təmsil edən İlhomiddin Cabbarov gümüş, Xudabaxış Əliyev ("Neftçi" Sumqayıt) və Elxan Mirzəzadə (UGİŞİM, İsmayıllı) bürünc medalla kifayətləniblər.

Çəkisi -90 kq olan idmançıların mübarizəsində isə tacikistanlı Samoni Kisvarov birinci olub. "Judo Club 2012"nin üzvü Tuncay Şamil yalnız finalda məğlub olaraq ikinci yeri tutub. Üçüncü yerlərə isə Davud Namazlı ("Judo Club 2012") və Sergey Qacıyev (Şəxsi Neytral İdmançılar) sahib çıxıblar.

+100 kq çəki dərəcəsində isə "Judo Club 2012"nin üç üzvü Eldar Əliyev, Əli Mahmudov və Ceyhun Dadaşov, müvafiq olaraq, ilk üç pillədə qərarlaşıblar.

Yarışın yekun nəticələrinə əsasən, Azərbaycan komandası 22 (6 qızıl, 5 gümüş, 11 bürünc) medalla IV "Raquf Orucov Kuboku" beynəlxalq turnirinin qalibi olub. Tacikistan komandası bir dəst medalla (1 qızıl, 1 gümüş, 1 bürünc) ikinci, aktivində bir gümüş medal olan Türkiyə komandası isə üçüncü yerə sahib çıxıb.

Qeyd edək ki, şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq təşkil olunan ənənəvi turnirin məqsədi vətənpərvərlik hissinin və döyüş ruhunun gənclərə aşılanması, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsinin artırılması, idmançılar arasında dostluq və yoldaşlıq münasibətlərinin möhkəmləndirilməsidir.

Xatırladaq ki, ilk dəfə 2017-ci ildə keçirilən “Raquf Orucov Kuboku” turniri ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. 2018 və 2019-cu illərdə də uğurla həyata keçirilən turnir koronovirus pandemiyası səbəbindən 4 illik fasilədən sonra bu il yenidən bərpa edilib.

IV "Raquf Orucov Kuboku" turniri başa çatdı

IV "Raquf Orucov Kuboku" turniri başa çatdı

IV "Raquf Orucov Kuboku" turniri başa çatdı

IV "Raquf Orucov Kuboku" turniri başa çatdı

IV "Raquf Orucov Kuboku" turniri başa çatdı

IV "Raquf Orucov Kuboku" turniri başa çatdı

IV "Raquf Orucov Kuboku" turniri başa çatdı

IV "Raquf Orucov Kuboku" turniri başa çatdı

IV "Raquf Orucov Kuboku" turniri başa çatdı

Şəkil sayı: 9
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.