Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ofisləri Xankəndi, Xocalı və Əsgəranda fəaliyyət göstərəcək.
525.az "Report"a istinadən xəbər verir ki, bunu Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, mövcud infrastruktur dəyərləndirildikdən sonra Xankəndi, Xocalı və Əsgərənda ofislərin fəaliyyətə başlaması gözlənilir.
"Məsələnin dərindən müzakirəsi yəqin ki, gələn il olacaq", - N.Aslan vurğulayıb.