Vətəndaşlar tərəfindən Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verilib.
Lent.az-ın Bakı Apelyasiya Məhkəməsinə istinadən verdiyi məlumata görə, Əhmədov Salman adlı vətəndaş meriyanı kompensasiyanın ödənilməsi tələbi ilə məhkəməyə verib. Başqa bir vətəndaş Cəfərov Nəsib isə BŞİH-dən daş qaraja istifadə hüququnun tanınmasını tələb edir.
Bakı Meriyasından digər şikayətçi isə Aləmşah Cəfərovdur. Adıçəkilən vətəndaş BŞİH-dən sərəncamın ləğv edilməsini tələb edir.