|
|
|
|

"Bizim prioritetimiz milli təhlükəsizlik və xalqımızın əmin-amanlığıdır".
525.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian “X” hesabında yazıb.
O qeyd edib ki, xalqın hüquqlarını qətiyyətlə müdafiə edirik və heç bir təhdid qarşısında geri çəkilməyəcəyik.
“Diplomatiya və müdafiə milli gücün iki qanadıdır; nə döyüş meydanın, nə də danışıqlar masasını tərk etmişik. Birlik və rasional yanaşma ilə İran bu sınaqdan da qalib çıxacaq”,- Pezeşkian söyləyib.
Pərvanə Sultanova



