|
|
|
|
Göygöl şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
525.az xəbər verir ki, "VAZ-21014" markalı avtomobilin digər avtomobillə toqquşması nəticəsində 1984-cü il təvəllüdlü T.Əliyeva, 1966-cı il təvəllüdlü G.Qarayeva və 1964-cü il təvəllüdlü M.İsmayılova xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır ("Report").