2024-cü ilin əvvəlinə 65 minədək aztəminatlı ailənin 275 minədək ailə üzvü ünvanlı dövlət sosial yardımı alıb.
525.az-a bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, sosial yardımın bir nəfərə düşən orta aylıq məbləği təxminən 114 manat təşkil edib.