Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova Azərbaycana səfər edəcək.
525.az-a bu barədə Çexiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, Çexiya parlamentinin Deputatlar Palatası sədrinin regiona səfərinin mühüm hissəsi Azərbaycana olacaq.
Qeyd edək ki, M.P.Adamova hazırda Ermənistanda səfərdədir.