|
|
|
|
“Laçın şəhərində ilk dəfə keçirilən prezident seçkilərində seçicilərin yüksək fəallığı müşahidə olunur. İnsanlar bayram əhval-ruhiyyəsindədir. Hamı böyük sevinc və qürur hissi ilə səs verməyə gəlir”.
525.az xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında 121 saylı Laçın seçki dairəsinin 105 saylı seçki məntəqəsənin sədri Şəbnəm Uğurlu bildirib.
O vurğulayıb ki, seçicilər səhər saat 8-dən əvvəl, hələ səsvermə başlamazdan əvvəl məntəqənin qarşısında toplaşıblar: “Məntəqəmizdə seçicilərin azad, sərbəst, demokratik şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb. İnsanlar kütləvi şəkildə böyük qürur ilə seçkidə iştirak edib öz namizədlərinə səs verirlər”.