|
|
|
|
Mir Cəlal adına III Hekayə Müsabiqəsinin qalibləri və münsiflər tərəfindən seçilən digər müəlliflərin hekayələr toplusu kitab şəklində nəşr edilərək oxucuların mühakiməsinə verilib.
525.az xəbər verir ki, kitaba müsabiqənin münsiflər heyətinin sədri, Xalq yazıçısı Elçinin ön sözü ilə 50-yə yaxın müəllifin hekayəsini daxil edilib. “Ədibin Evi”nin təşəbbüsü ilə TEAS Press tərəfindən hazırlanan “Yağışlı Bir Gün idi...” adlı kitab "Azərbaycan Dəmir Yolları" QSC-nin sifarişidir - “Qatarda oxu” layihəsi çərçivəsində səyahət zamanı ADY sərnişinlərinin qiraəti üçün qatarlarda təqdim olunacaq.
Kitabın elektron versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz: