https://525.az/img/pics/medium/2024-04/311725_9vr2bm0uzq.jpg Türkiyədə İŞİD əməliyyatı - 38 şübhəli saxlanıldı
https://525.az/img/pics/medium/2024-04/311719_l84nsathaw.jpg Yollarda görmə məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
https://525.az/img/pics/medium/2024-04/311691_ttk393l7ij.jpeg Mülki əhalimiz demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir - Hikmət Hacıyev
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
search
28 Aprel 2024
27 Aprel 2024

"Çalışacağıq ki, itirdiyimiz xalları bərpa edək"

"Çalışacağıq ki, itirdiyimiz xalları bərpa edək"

"Azarkeşlərimizə təşəkkür edirəm. Komanda bu gün tam istədiyimiz kimi mübarizə aparmadı. Oyunda bəzi düşüşümüz oldu. Bunun qarşısını almalıyıq. Növbəti turlarda çalışacağıq ki, itirdiyimiz xalları bərpa edək".

525.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov Misli Premyer Liqasının 27-ci turunda "Zirə"yə 1:2 hesabı ilə uduzduqları oyundan keçirilən mətbuat konfransında deyib.

"Futbolçulara bildirmişik ki, bu mövsümdə də, növbəti mövsümdə də bütün oyunlarımızı səfərdə keçirəcəyik. Hər oyuna səfər kimi yanaşırıq. Böyük bir təsiri yoxdur. Daha yaxın regionda oynasaq, daha çox azarkeşimiz gəlsə, komanda daha inamlı oynayar" - deyə o bildirib.

Mütəxəssis komandadakı bütün futbolçulara güvəndiyini vurğulayıb:  "Bəzən oyunçularda düşüş olur. Bunun qarşısını almağa çalışacağıq.

Oyunumuzda aqressiyamız çatmadı. Bunu futbolçulara tapşırmışdıq. Komanda ilə iclasda bu haqda danışacağıq".

A.Şükürov "Zirə"nin futbolçusuna ikinci sarı vərəqə verilməsini tələb etməsi barədə deyib: "Rəqib 10 nəfərlə qalsaydı, tam başqa oyun olacaqdı. Yəqin ki, hakim fərqli görüb. Razılaşmaqdan başqa heç nə edə bilmərik. Toxunuş var idi".

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.