Martın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi və qurumlarına 19 min 590 vətəndaş müraciəti daxil olub.
Nazirlikdən 525.az-a bildirilib ki, müraciətlərin 12 min 683-ü Çağrı mərkəzləri, 660-ı sosial media, 2 min 395-i vatsap vasitəsilə, 907-si elektron, 873-ü yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 2 min 72 müraciət qeydə alınıb.
Müraciətlər şagirdlərin yerdəyişməsi, tələbələrin köçürülməsi, işə qəbul, xaricdə təhsil, təhsil haqqı və güzəştlər, müəllimlərin iş yerinin dəyişdirilməsi, təhsilverənlərin sertifikatlaşdırılması və digər məsələlərlə bağlı olub.
Sevinc Qarayeva