Bakı şəhəri Paşa Nəzərov adına 60 nömrəli tam orta məktəbin 5 N sinfində Novruz bayramı ilə əlaqədar tədbir keçirilib.
Tədbirlərdə xalqımızın qədim tarixini əks etdirən, adət-ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, Su, Od, Yel və Torpaq çərşənbələrinin mahiyyəti, Novruz atributları haqqında geniş məlumat verilib. Bildirilib ki, Novruz sülh və əmin-amanlığın, insanlar arasında birlik və mehribanlığın carçısıdır.
5 N -nin sinif rəhbəri, müəllim Vüsalə Əfəndiyeva bildirib ki, Azərbaycan xalqı o xoşbəxt xalqlardandır ki, özünün adət-ənənəsini yaradıb. Sevinc üzərində qurulan, meydana gələn adət-ənənə sonradan tarixi hadisə olaraq xalqımızın milli bayramı kimi formalaşıb. Artıq bütün dünyada qeyd olunmaqda olan Novruz bayramı da Azərbaycan xalqının tarixi qədim olan bayramlarındandır:
"Novruz bayramı azərbaycan xalqının milli-mənəvi dəyərlərindəndir. Milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsi və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması vər bir Azərbaycanlının ən ümdə vəzifəsidir”
Sonra tədbir bəddi hissə ilə davam edib. 5 N sinfinin şagirdlərinin hazırladıqları xalq oyunları, ifa etdikləri milli rəqslər tədbirə xüsusi rəngarənglik qatıb.