https://525.az/img/pics/medium/2024-05/312118_9vwjxb7c09.jpg İşığı əskilməyən müəllim siması
https://525.az/img/pics/medium/2024-05/312049_v9wntny8kb.jpg "Doktor Tulpun anatomiya dərsi" - "Bir rəsmin dedikləri"
https://525.az/img/pics/medium/2024-05/312120_gy9hrc5yah.jpeg Anar İstanbul Kültür Universitetində tələbələrlə görüşüb
https://525.az/img/pics/medium/2023-01/254306_1w7hj89oq4.jpg İŞIQ ÖMRÜ - Rafael Hüseynov yazır
search
1 May 2024

"İmicimi qurban verib "Qəbələ"yə gəlmişəm"

"İmicimi qurban verib "Qəbələ"yə gəlmişəm"

"Zirə" bu gün mükəmməl pressinq etdi, yaxşı oynadı. Bizim futbolçular istəksiz görünürdülər, ürəklərini qoymurdular. Bu da oyunun nəticəsinə təsir etdi".

QOL.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 29-cu turunda bu gün səfərdə "Zirə"yə uduzduqları oyundan sonda mətbuat konfransında deyib.

O ,0:4 hesablı məğlubiyyəti belə şərh edib: "Zirə" bizdən daha istəkli idi. İkinci hissədə dəyişikliklər etdik. Gənc oyunçular özlərini yaxşı tərəfdən göstərdi. Həyat mübarizədən ibarətdir. Həmişə mübarizə aparmaq lazımdır. Ürəksiz oynayan futbolçular haqda ciddi tədbir görüləcək".

Gürcüstanlı mütəxəssis ona ünvanlanan "Sizin gəlişinizdən sonra komanda 1 xal toplayıb, istefa vermək barədə düşünürsünüz?" sualını belə cavablandırıb: "Bilirəm ki, bunu istəyirsiniz. Amma qeyd etmək istəyirəm ki, mən gələndə də komanda bu yerdə idi. Bura kömək etmək üçün gəlmişdim. İmicimi qurban verib "Qəbələ"yə gəldim. Qarşıda kubok oyunu var. Uzunmüddətli planlarımız var. Oyunçuların bəzilərinin fərdi keyfiyyətləri çox aşağıdır. İkinci hissədə ürəklə oynayan futbolçular meydana daxil oldu. "Zirə" yaxşı oynadı deyə biz heç nə edə bilmədik".

K.Sxadadze qeyd edib ki, "Qəbələ" 1-ci liqaya düşsə, 1 ildən sonra geri qayıdacaq: "Belə görünür ki, komanda indi layiq olduğu yerdədir. "Qəbələ" böyük klubdur. Biz gələndə 9 xal fərq var idi. Möcüzə olmur. Bu klubu saxlamaq lazımdır. Ümid edirəm ki, hamı yaxşı düşünəcək. Komanda sayı çoxalsa, "Qəbələ" Premyer Liqada qalsa, mütləq ilk üçlük uğrunda mübarizə aparacağıq. Aşağı liqaya düşsək, bir il sonra geri qayıdacağıq. Buradakı sponsorun, klub prezidentinin istəklərini bilirəm. 99 faiz insan "Qəbələ"nin Premyer Liqada qalmasını istəyir".

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.