https://525.az/img/pics/medium/2025-05/353607_4gfw359ig8.jpg “525-ci qəzet”in 21 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2025-05/353473_o1drsbn21y.jpg Mərkəzi Elmi Kitabxana: keçilmiş yol və gələcəyə baxış
https://525.az/img/pics/medium/2022-04/223117_v8ott8gxpa.jpg Xalq üçün yaşanan ömür - Bayram Məmmədov yazır
https://525.az/img/pics/medium/2025-05/353471_521qeb73w0.jpg Coğrafiya elmində simvol imza
search
20 May 2025

Nicat Abasov yenə qələbə qazana bilmədi - İddiaçılar Turniri

Nicat Abasov yenə qələbə qazana bilmədi -  İddiaçılar Turniri

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünü keçirib.

525.az xəbər verir ki, 28 yaşlı qrossmeyster VII turda Hindistan təmsilçisi Vidit Santoş ilə münasibətləri aydınlaşdırıb.

Milli üzvü ağ fiqurlarla oynayıb. Tərəflər heç-heçəyə razılaşıblar.

Yeddi turdan sonra Yan Nepomnyaşi vahid liderdir, o, 4,5 xal toplayıb. Karuana, Qukeş və Praqnanandha 2-4-cü yerləri bölüşür, onların hər biri rusiyalıdan 0,5 xal geri qalır. Vidit və Nakamura hərəyə 3,5 xal toplayıblar (5-6-cı yerləri bölüşdürüblər), Firuzca (2,5 xal) yeddinci, Nicat Abasov isə 2 xalla sonuncudur.

Səkkizinci turda N.Abasov turnirin vahid lideri Yan Nepomnyaşi ilə qarşılaşacaq.

İddiaçılar Turniri aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Qeyd edək ki, turnirin mükafat fondu 500 min avrodur. Qalib 48 min avro qazanacaq.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.