https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2023-04/263948_uuvy11xi8l.jpg Nar ağacı çiçəkləyəndə... - Allahverdi Eminov yazır
https://525.az/img/pics/medium/2024-05/312118_9vwjxb7c09.jpg İşığı əskilməyən müəllim siması
https://525.az/img/pics/medium/2024-05/312049_v9wntny8kb.jpg "Doktor Tulpun anatomiya dərsi" - "Bir rəsmin dedikləri"
search
1 May 2024

Arda Güler "Sevilya"ya rədd cavabı verdi

Arda Güler "Sevilya"ya rədd cavabı verdi

"Sevilya" Türkiyə millisinin və "Real"ın futbolçusu Arda Güleri icarəyə götürmək istəyir.

QOL.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb. Hazırda La Liqanın turnir cədvəlində 13-cü yerdə olan "Sevilya" növbəti mövsüm üçün yeni heyət formalaşdırmaq niyyətindədir. Klub artıq 19 yaşlı yarımmüdafiəçiyə təklif göndərib. Lakin Arda bu təklifi qəbul etməyib.

Bildirilir ki, Arda yalnız gələn mövsüm Çempionlar Liqasında mübarizə aparacaq bir komandaya icarə əsasında keçməyə hazırdır. O, avrokuboklarda mübarizə aparmayacaq bir komanda üçün Madrid təmsilçisindən ayrılmaq istəmir. 

Qeyd edək ki, Arda Güler ötən ilin yayında "Fənərbaxça"dan "Real"a keçib. O, aldığı ardıcıl zədələr səbəbindən yalnız bu qış komandada debüt edə bilib. Lakin futbolçu komandada cəmi 6 oyun keçirib. Güler bu görüşlərin əksəriyyətində ehtiyatdan meydana çıxıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.