Koreya Respublikasında tibb fakültələrinə kvotaların artırılmasına etiraz edən köməkçi və təcrübəçi həkimlərə dəstək məqsədilə həftənin bir günü işə getməyən yüksək səviyyəli həkimlərin aksiyası səbəbindən paytaxtdakı iki böyük dövlət xəstəxanasında poliklinika xidmətləri və bəzi cərrahi əməliyyatlar dayandırılıb.
525.az xəbər verir ki, paytaxt Seulda tibb fakültəsi kvotalarının artırılmasına etiraz edən köməkçi və təcrübəçi həkimlərin etirazlarına dəstək verən Seul Dövlət Universiteti Xəstəxanası və Severance Xəstəxanasının yüksək səviyyəli həkimləri həftənin bir günü işə getməyərək etiraz edəcəklərini açıqlayıb.
Sözügedən xəstəxanalarda həkimlərin hərəkəti ilə əlaqədar poliklinika xidmətləri və bəzi cərrahi əməliyyatlar dayandırıldığı halda, təcili və stasionar müalicələr davam etdiriləcək.
Koreyanın səhiyyə və rifah nazirinin müavini Park Min-soo aksiyaya görə böyük bir axsama olmayacağını və hərbi həkimlərin müvafiq qurumlara təyin ediləcəyini bildirib.
Məhəmməd Tağıyev